Voleybol üzrə qadınlardan ibarət ABŞ milli komandasının voleybolçusu Meqan Hodj gələcək karyerasına aydınlıq gəlib. Ötən mövsüm "Azəryol” komandasında çıxış edən Hodj özünə yeni komanda tapıb. Belə ki, o, yeni mövsümdən etibarən Çinin "Quançjou Everqrand” klubunda mübarizə aparacaq. 24 yaşlı hücumçu Çin təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Qeyd edək ki, "Azəryol” buna qədər Debbi Stam, Karolina Vensink, Manon Flier (hər üçü Hollandiya), İndre Sorokayte (İtaliya/Litva), Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və Luna Karokki (İtaliya) ilə yollarını ayırıb.