Bakı 10 ən yaxşı voleybol şəhərindən biridir

Bakı 10 ən yaxşı voleybol şəhərindən biridir

Dünyanın 10 ən yaxşı voleybol şəhərinin adı açıqlanıb. Bu şəhərlər arasında Azərbaycan paytaxtı Bakı da yer alıb. Belə ki, rusiyalı həmkarlarımız voleybolun inkişafına və komandalarının sayına görə Bakını "onluğa” daxil ediblər.
Onlar Super-liqada 7 klubun mübarizə apardığını, onlardan altısının paytaxtı təmsil etdiyini bildiriblər. Bununla yanaşı, digər şəhərlərdə kişi voleybolunun da inkişafını, ölkəmizdə legioner limitinin olmamağı və klublarımızın heyətinin əsasını əcnəbilər təşkil etdiyi də xüsusi qeyd olunub.
Siyahıda Bakı ilə yanaşı, Kazan, Belqorod (hər ikisi Rusiya), İstanbul (Türkiyə), Jeşuv, Lodz (hər ikisi Polşa), Tokio (Yaponiya), Trento, Modena (hər ikisi İtaliya) və Rio-de-Janeyro (Braziliya) kimi şəhərlər yer alıblar.