Ötən həftə qadın voleybolu üzrə Avropa çempionatına yekun vuruldu. Finalda Rusiya millisinə məğlub olan Almaniya millisi ikinci yerlə kifayətlənməli oldu. Əldə olunan bu nəticə almanları sevindirsə də, bir qədər də düşünməyə vadar edib. Almaniya voleybol ictimaiyyəti yığmanın uğurlu çıxışı fonunda klubların zəif təsir bağışlamasını araşdırıb. Bununla bağlı yazı hazırlayan almaniyalı jurnalistlər Bundesliqa klublarının maliyyə cəhətdən Şərqi Avropa təmsilçilərinə məğlub olmasını əsas gətiriblər: "Komandanın ulduz voleybolçuları ölkə xaricindən cəlbedici təkliflər alırlar. Azərbaycan, Rusiya və Türkiyə klublarının təklif etdiyi əmək haqqının məbləği ilə heç bir Bundeslqia təmsilçisi ayaqlaşa bilmir”, - deyə onlar vurğulayıb.