"Lokomotiv”in sabiq voleybolçusu Tamari Miyaşiro özünə yeni komanda tapıb. 26 yaşlı amerikalı libero karyerasını Almaniyada davam etdirəcək. Millisi ilə London Olimpiadasının finalında məğlub olan Miyaşiro "Rote Raben” klubu ilə razılığa gəlib. Belə ki, voleybolçu yeni komandası ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, dəmiryolçular bundan əvvəl Ju Kosta (Braziliya), Maret Qrotues (Hollandiya), Meri Spayser (ABŞ), Tatyana Artmenko (İsrail), Mixaela Monzoni, Aneta Havlikova (hər ikisi Çexiya) və Yuliya Svetkova (Andruşka, Rusiya) ilə də müqaviləni uzatmaqdan imtina etmişdilər.