Veteranlar gənclərlə görüşdülər

Veteranlar gənclərlə görüşdülər

“İdman həftəsi” çərçivəsində martın 3-də idman veteranları ilə gənc atletlərin görüşü təşkil edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, idman ictimaiyyətinin nümayəndələri Elşad Nərimanov, Rəfiqə Şabanova, Lüdmila Şubina, Çingiz İsmayılov, Məryəm Bağbanlı, Bəxtiyar Ağaxanov, Məhəmməd Müslümzadə, Svetlana İşməmmədova və digər idman veteranları iştirak ediblər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə veteranlar öz uğurları ilə bağlı xatirələrini gənc idmançılarla bölüşüb, onların suallarını cavablandırıblar.