"Avropa çempionatının gümüş medalına sevinirəm. Bu, yaxşı nəticədir, amma təəssüf ki, cəmi 1 oyunda - finalda məğlub olduq. Biz həmin görüşdə var qüvvəmizlə oynasaq da, faydası olmadı”. Bunu Almaniya millisinin voleybolçusu Lenka Dürr deyib. 170 sm boya malik 22 yaşlı libero Avropa çempionatında çıxışlarını dəyərləndirib. Həftənin sonuna kimi istirahət edəcək "İqtisadçı”nın yeni transferi bunun ardından Azərbaycana yollanacağını deyib: "Bu, mənim üçün yeni bir dönüş nöqtəsi olacaq. Yığma ilə mayda Montredə turnirdə olarkən mənə təklif gəldi. Bunu birinci dəfə mənə baş məşqçimiz Covanni Quidetti dedi. Azərbaycanlılar xidmətimdə maraqlı idi. Bakı klubu məni komandada görmək istəyirdi. Mən bu komandanın oyununa bələdəm. 2012-ci ildə onlarla qarşılaşmışam. Özüm üçün yeni bir ölkəyə gedirəm, orada çox şey öyrənməyə çalışacam. Ümumilikdə, bu, mənim üçün maraqlı olacaq”.
Qeyd edək ki, Almaniya Avropa çempionatının finalında Rusiyaya məğlub olub.