“Biz bütün oyunlarda özümüzü yaxşı tərəfdən göstərməliyik”

“Biz bütün oyunlarda özümüzü yaxşı tərəfdən göstərməliyik”

Moskva "Dinamo”sunun baş məşqçisi Svetlana İliç Rusiya mətbuatına müsahibə verib. Təcrübəli mütəxəssis onları oktyabrda Azərbaycan Super Liqasının gümüş mükafatçısı "İqtisadçı” ilə gərgin mübarizə gözlədiyini bildirib. "Oktyabr üçün qrafikimizə baxsaq, aydın olar ki, biz bütün oyunlarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Çünki həmin ayda 11 matça çıxacağıq. Özü də bu qarşılaşmalar arasında Çempionlar Liqasının "İqtisadçı” ilə oyunu var. Bu komanda heç də asan rəqib deyil. Həmçinin, bunu "Pyaçentsa”ya aid etmək olar. Oktyabr bizim üçün əsl sınaq ayı olacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının B qrupunda "İqtisadçı”, "Pyaçentsa” və "Dinamo” ilə yanaşı, "Srvena Zvezda” da yer alıb. Bakı klubu Moskva təmsilçisini oktyabrın 29-da qəbul edəcək.