Ötən mövsüm "Lokomotiv” klubunun heyətində çıxış edən Aneta Havlikova özünə yeni komanda tapıb. Belə ki, təcrübəli voleybolçu Türkiyənin "Fənərbağça” klubu ilə razılığa gəlib. Yeni komandası haqqında məlumatı olduğunu bildirən voleybolçu qonşu ölkədə uğur qazanacağına inanır. "Bu il mənim üçün çox fərqli olacaq. Əvvəllər Türkiyə çempionatını maraqla izləmirdim. Lakin "Fənərbağça” klubu haqqında məlumatım var idi. Yaxşı mövsüm keçirəcəyimə inanıram. Hədəfimiz komanda olaraq uğurlu çıxış etməkdir. Heyətimizdə güclü voleybolçular yer alıb”.
Qeyd edək ki, çexiyalı oyunçu ötən mövsüm Azərbaycan çempionatının simvolik yığmasına daxil olub. O, hətta ən çox fərqlənən voleybolçular sırasında da olub.