ABŞ üzgüçüsü Hunter Armstronq ölkəsində keçirilən dünya çempionatına lisenziya xarakterli turnirdə yeni rekord müəyyənləşdirib. 21 yaşlı idmançı 50 metr məsafəyə arxası arxasıüstə üzmədə 23,71 saniyəlik nəticə göstərərək birinci olub.
Əvvəlki dünya rekordu rusiyalı Kliment Kolesnikova məxsus olub. O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında finişə 23,80 saniyəyə çatıb.
Qeyd edək ki, builki dünya çempionatı 18 iyun - 3 iyulda Budapeştdə olacaq.
Üzgüçülük yarışında yeni dünya rekordu