Gənclər arasında üzgüçülük üzrə Lənkəran-Astara region turniri keçirilib

Gənclər arasında üzgüçülük üzrə Lənkəran-Astara region turniri keçirilib

“12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında üzgüçülük üzrə Lənkəran-Astara region turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşların, məşqçi müəllimlər və gənc həvəskarların iştirak etdiyi turnirdə 25 oğlan və 5 qız olmaqla 30 idmançı mübarizə aparıb. Qalib idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom, medal və sertifikatlarına layiq görülüb.

Turnirin təşkilində əsas məqsəd üzgüçülük idman növünü gənc nəslə dərindən sevdirmək və ona geniş kütlə arasında maraq yaratmaq, daha çox uşaqların üzgüçülüyə cəlbi, onları bu idman növü ilə mütəmadi məşğul olmağa təşviq etmək, eyni zamanda onların bacarığını vaxtında görüb inkişafına təkan verməkdir.