Qadın voleybolçular arasında Asiya çempionatının qalibi müəyyənləşib. Tailand millisi bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Onlar həlledici matçda Yaponiyanı 3:0 (25:22, 25:18, 25:17) hesabı ilə məğlub ediblər. Bürünc medallar uğrunda oyunda isə Çin Cənubi Koreyaya 3:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, tarixində ikinci dəfə Asiya çempionatının ən güclüsü olan Tailand yığmasının heyətində "İqtisadçı” ilə Azərbaycan Super-liqasının gümüş medallarını qazanan Onuma Sittirak, Nutsara Tomkom, Vilavan Apinyaponq, Hyafa Amporn, Pleumjit Zinkaov, Malika Kanzonq və Vanna Buakeva da yer alıblar. Yeni mövsümdə də universitet komandasında oynayacaq Apinyaponq turnirin ən dəyərli voleybolçusu, "Rabitə”yə keçən Tomkom isə ən yaxşı toppaylayıcı seçilib.