Böyük Qafqaz zirvələri yenidən fəth olunub

Böyük Qafqaz zirvələri yenidən fəth olunub

Bu ilin yay aylarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "RockStone” klubunun üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar respublikamızın bir sıra yüksəkliklərinə yürüşlər keçiriblər.
Klubun üzvləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsi Məsələləri üzrə Departamentinin əməkdaşı Aleksey Seytlin rəhbərliyi ilə Böyük Qafqaz silsiləsinin Şahdağ massivində yerləşən "İlham” (4042 metr), Böyük Qafqazın Tufandağ silsiləsindəki "Çingiz Mustafayev” (4062 metr) və Böyük Qafqaz silsiləsində qərar tutan Tufandağ (4191 metr) zirvələrini fəth ediblər. İdmançılar zirvələrə üzərində qeydlər olan vərəq qoyaraq, ARDNŞ-in bayrağı ilə şəkillər çəkdiriblər.
Yaxın vaxtlarda isə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş növbəti yürüşün keçirilməsi nəzərdə tutulub. Budəfəki yürüş zamanı Azərbaycanın ən yüksək nöqtəsi olan "Bazar-düzü” zirvəsi (4466 metr) fəth ediləcək. Yürüşün həyata keçirilməsi oktyabr ayına planlaşdırılır.