Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO

Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO

“Bir aya yaxındır ki, hazırlıq prosesinə başlamışıq. Fiziki hazırlığımız dəniz kənarında keçdi. Hazırda isə məşqlərimiz “Sərhədçi” İdman Olimpiya Mərkəzində davam edir”. 
Bunu “Olimpiya dünyası” qəzetinə müsahibəsində kişilərdən ibarət yığma komandanın baş məşqçisi Pərviz Səmədov deyib. 
Hazırlıq prosesinin iki mərhələdən ibarət olduğunu deyən təcrübəli baş məşqçi komandamızın Bakıdakı təlim-məşq toplanışından sonra ölkə xaricində də hazırlıq keçərək yoxlama oyununda gücünü sınayacağını bildirib: 
“Yarışlara iki ay vaxtımız var. Bundan sonra isə oyunlarımız olacaq. Komandamız əvvəlcə Avropa təsnifat turnirində, daha sonra isə Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. AVRO-2023-ün seçmə mərhələsində A qrupunda iştirak edəcəyik. Rəqiblərimiz isə Türkiyə və Danimarka komandaları olacaq. Danimarka komandası bizə tanış rəqibdir. Skandinaviya təmsilçiləri ilə bu yarışa qədər bir neçə dəfə üz-üzə gəlmişik. Çox güclü komandadır. Qrupdakı digər rəqibimiz Türkiyə də yetərincə güclü heyətə malikdir. Məşqlərdə bacardığımız qədər çox çalışıb, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. 
Avropa çempionatının təsnifat mərhələsindən sonra V İslam Həmrəyliyi oyunlarında iştirak edəcəyik. Ona görə də bu hazırlıq hər iki yarışa hesablanıb. Düzdür hələ ki, İslam Həmrəyliyi Oyunlarındakı rəqiblərimiz müəyyənləşməyib. Amma istənilən halda biz hər rəqiblə mübarizədə meydana yalnız qələbə üçün çıxacağıq. Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir”. 
 

Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO Pərviz Səmədov: “Əsas hədəfimiz islamiadada və AVRO-2023-ün təsnifat mərhələsində uğurla iştirak etməkdir” - FOTO