Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Mərkəzi ilə tanış olub.
“Olimpiya dünyası” qəzeti xəbər verir ki, görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, AVF-nin vitse-prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak ediblər.
Nazirə idman qurğusu barədə məlumat verilib və bildirilib ki, bu arena ölkə voleybolunun inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Qeyd olunub ki, burada istənilən səviyyəli oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb.
Görüşdə ölkə voleybolunun inkişafı istiqamətində görülməli olan işlər müzakirə edilib.