Qadın voleybolçular arasında Rusiya Super Liqasına start verilib. Birinci turda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” "Proton”un qonağı olub.
Görüş Omsk təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:16, 25:16, 19:25, 25:17). Məmmədova qarşılaşmada 9 xal toplayıb.
Çempionlar Liqasında "İqtisadçı”nın rəqibi olan Moskva "Dinamo”su da turu qələbə ilə başlayıb. Onlar "Uraloçka”dan güclü olublar - 3:2 (23:25, 25:13, 26:24, 22:25, 15:12).
Qeyd edək ki, Natalya Məmmədova Avropa çempionatındakı uğursuzluqdan sonra millidən gedəcəyini bildirsə də, buna hələ qərar verilməyib.