"Dəmiryolçular” Ayşən Abduləzimovanın ardınca Yekaterina Jidkova ilə də müqavilə imzalayıblar. Ukraynalı voleybolçu "Azərreyl”ə CEV kubokunda və Super-liqada ən azı 1 il kömək edəcək. Jidkova ilə yanaşı, "Lokomotiv Biləcəri”nin digər legioneri Anna Kudakova da bu kluba keçə bilər. "Azərreyl”in düşərgəsində olan voleybolçu ilə bağlı son qərar bugünlərdə veriləcək. Qeyd edək ki, "Azərreyl” bundan əvvəl Dusanka Kariç (Serbiya) və Cenifer Dorisi transfer edib, Qvendolin Rukerlə (hər ikisi ABŞ) müqavilənin müddətini artırıb.