Qadın voleybolçular arasında Rusiya Super-liqasında II turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” klubu "Zareçye-Odintsovo” komandası ilə qarşılaşıb. Omsk təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Belə ki, birinci hissə 2 top fərqi ilə Natalyanın komandasının qələbəsi ilə yekunlaşıb - 25:13. İkinci hissədə isə "Zareçye-Odintsovo” klubu qələbəni bayram edib. Bu, rəqib komandanın oyunda son qələbəsi olub. Növbəti hissələrdə ardıcıl qalib gələn "Omiçka” aktivinə növbəti 3 xalı əlavə edib. Komandasının qələbə qazanmasında Natalya Məmmədovanın böyük zəhməti olub. O, bu oyunda 15 dəfə fərqlənə bilib. Məlumat üçün bildirək ki, Omsk təmsilçisi ötən turda da qələbə əldə etmişdi. Bu qələbədən sonra "Omiçka” 6 xalla Kazan "Dinamo”su və "Fakel”lə 1-ci və 3-cü pillələri bölüşdür.
Çempionlar Liqasında "İqtisadçı” ilə eyni qrupda yer alan Moskva "Dinamo”su da turu qələbə ilə bitirib. Onlar Krasnodarın eyniadlı klubunu məğlub ediblər - 3:1 (21:25, 28:26, 39:37, 25:21). Paytaxt təmsilçisi bu matçdan sonra 5 xalla 4-cü yerə yüksəlib.