Dağçılıq İdman Klubu (DİK) Gürcüstanın Çauxi dağ massivində alpinizm üzrə təlim-məşq toplanışı keçirib. Ekspedisiyanın iştirakçıları müxtəlif çətinliyi olan Muxadze, Tikanadze və Rçeulişvili zirvələrini fəth ediblər. Dağ ərazisi idmançılarımız tərəfindən yeni marşrutların salınması üçün araşdırılıb. Çətin hava şəraitinin olmasına baxmayaraq, ümumlikdə ekspedisiya çox uğurlu alınıb.
Azərbaycan Alpinizm Federasiyası (AAF) Çauxidə kütləvi təlim-məşq toplanışları keçirməyi planlaşdırır. Relyefin zənginliyi - qayalıq ərazi, qarlı yamaclar, buzlu keçidlər, bir çox alpinist marşrutları və yeni marşrutların salınması üçün bir imkanlar, həmçinin yumşaq hava şəraiti - bu ərazini təlim-məşq toplantıları keçirmək üçün çox əlverişli edir.