Çempionlar Liqasının qrup mərhələsində "Azəryol”la eyni qrupda yer alan "Qalatasaray” "Qvardiya kuboku”nda ilk oyununu keçirib. İstanbul təmsilçisi Polşada "Bank Fakro” ilə üz-üzə gəlib. Birinci hissə "Qalatasaray”ın qələbəsi ilə yekunlaşıb - 25:13. Bu, komandamızın rəqibinin oyunda əldə etdiyi son qələbə olub. Polşa təmsilçisi növbəti hissələrdə ardıcıl olaraq rəqibini məğlubiyyətə uğradıb. Görüşdə "Rabitə”nin sabiq voleybolçusu Dobriana Rabadjiyeva da debüt edib. Azərbaycan çempionu "Qalatasaray”a 15 xal qazandırıb.
Qeyd edək ki, "sarı-qırmızılar” növbəti oyunda "İmpel Qvardiya” ilə qarşılaşacaqlar.