XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə Vətənə dönüb - FOTOLAR
Olimpizm xəbərləri
18.07.2022, 09:36
ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarının qalibi, kikboksçu Bəhram Rəcəbzadə və milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov Vətənə dönüb.
"Report" xəbər verir ki, onlar hava limanında musiqi sədaları altında qarşılanıb. Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Rəcəbzadəni qazandığı qızıl medal münasibətilə təbrik edib.
Rəcəbzadə federasiyanın mətbuat xidmətinə açıqlamasında yarışla bağlı fikirlərini bildirib:
“İlk rəqibim Miroslav Vuyoviç dopinq test verməkdən qaçdı. Yəqin dopinq çıxacağından qorxduğu üçün test verməkdən imtina etdi. O, rinqə çıxsaydı da, mənim üçün problem olmayacaqdı. Sadəcə, ilk döyüşü keçirmədən yarımfinala çıxmağım mənim üçün üstünlük oldu ki, zədə almadım. İkinci rəqibim ukraynalı Roman Şerbatyuk çox güclü idmançı idi. Bizim ən çox çəkindiyimiz rəqiblərdən biri idi. Şükürlər olsun ki, onu da xal hesabı ilə məğlub etdim. Həmin döyüşdə burnumdan zədə aldım və qığırdaqlar qırıldı, qan dayanmırdı. Səhərə qədər buz qoyduq, duzla yuyub qanı bir təhər dayandırdıq. Finaldakı rəqibim xorvatiyalı Anto Şiriçin boyu da, çəkisi də mənimkindən çox idi. Sadəcə, texnikası bir qədər aşağı idi. Mən də Elşən müəllimin və şəxsi məşqçim, həyat yoldaşım Nehir Rəcəbzadənin köməkliyi ilə bu rəqibə texniki qalib gəldim. Onu ikinci raundda nokaut etməyi hesablamışdım. Ancaq burnumdan qan açıldığı üçün döyüş üslubunu dəyişib, vaxtın başa çatmağı üçün döyüşdüm. Bu mənim bu il peşəkar və həvəskarlar arasında ardıcıl 8-ci döyüşüm idi. İnşallah, 9-cu döyüşümü avqustda Konyada İslam Həmrəyliyi Oyunlarında keçirəcəyəm.
Fürsətdən istifadə edərək bu yarışa hazırlaşmağımda federasiyanın fəxri prezidenti və İdarə Heyətinin sədri Adil Əliyev, vitse-prezident Ramal Aslanov, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev mənə çox dəstək oldu. Onların hər birinə təşəkkür edirəm”.
Milli komandanın baş məşqçisi Elşən Abdulrəhimovun fikirləri isə belə olub:
“Ümumdünya Oyunlarında kikboksinqin K-1 növünün olması bu idmanı sevənlər üçün çox yaxşı hal idi. Burada biz bir çəkidə – 91 kq-dan artıq çəkidə təmsil olunmuşduq. Bu da yarışda ən prestij çəkilərdən hesab olunur. Bəhramın rəqibləri də son dünya ikincisi və dünya üçüncüləri idi. Rusiyalı son dünya çempionu məlum olaylarla bağlı yarışda iştirak edə bilmirdi. Bəhramın Ümumdünya Oyunlarında qələbəsi Azərbaycan Kikboksinq Federasiyası adına böyük uğurdur. İslam Həmrəyliyi Oyunlarında qızıl medalın sayını daha çox edəcəyik”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri