Konya-2021: Millimiz kameruna məğlub oldu

Konya-2021: Millimiz kameruna məğlub oldu

V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarəşları davam edir. Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib. Yığmamız A qrupundakı ikinci görüşündə Kamerun seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 0:3 (19:25, 23:25, 15:25) hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki,milli komanda qrupun ilk oyununda Sudana qalib gəlmişdi - 3:0.