Konya-2021: Kikboksinqçimiz ölkəmizə daha bir medal qazandırdı

Konya-2021: Kikboksinqçimiz ölkəmizə daha bir medal qazandırdı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası daha bir medal qazanıb.
Komandamıza növbəti medalı kikboksinqçimiz Rəhim Əliyev (low kick, 71 kq) qazandırıb. Finalda meydan sahibi Türkiyə idmançısı Aydın Aslana uduzan kikboksinçimiz gümüş medala sahib çıxıb. 
Beləliklə, ilk iki günün nəticəsinə əsasən, Azərbaycanın kikboksinqçiləri Bəhram Rəcəbzadə (low kick, +91 kq) qızıl, Rəhim Əliyev (low kick, 71 kq) gümüş, Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Aysu Devrişova (56 kq) bürünc medallara sahib olublar.