Buyaxınlarda "İqtisadçı” klubunun baş məşqçisi Bülənt Karslıoğlunun köməkçisinin adına aydınlıq gəlib.
Belə ki, Karslıoğlu Azərbaycan millisinin sabiq kapitanı Fərid Cəlalovun komandada qalacağını bildirib. 2011-ci ildən "İqtisadçı”da çalışan gənc mütəxəssis ən azı yeni mövsümün sonuna kimi "tələbələr”lə birlikdə işləyəcək.
Qeyd edək ki, Cəlalov 2012-2013-cü illərdə də Karslıoğlunun köməkçisi olub.