Türkiyənin qadın voleybolçulardan ibarət "Bursaspor” klubu gələn həftə Azərbaycana gələcək. Bu barədə komandanın baş məşqçisi Emin İmen açıqlama verib. O bildirib ki, komandası Bakıda keçiriləcək beynəlxalq turnirə qatılacaq: " Qarşıdakı həftə Azərbaycana yollanaraq, beynəlxalq turnirdə gücümüzü yoxlayacağıq. Bu oyunlarla iştirak etməyimizin əsas məqsədi komandamızın hazırkı vəziyyətini öyrənməkdir. Yeni mövsümə ciddi hazırlaşırıq. Zədəli voleybolçumuz yoxdur”.