"Azərreyl” mövsüm qabağı heyətini gücləndirməkdə davam edir. "Dəmiryolçular” CEV kubokuna qədər 6 voleybolçu ilə müqaviləni rəsmiləşdiriblər. Belə ki, Azərbaycan millisinin 6 gənc oyunçusu - Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kisilyova, Aleksandra Prupas, Ceyran Əliyeva və Ülkər Kərimova yeni mövsümdə Aleksandr Çervyakovun məşqçilik etdiyi Bakı təmsilçisinin formasını geyinəcəklər.
Qeyd edək ki, ötən il "Bakı-Azəryol” adı ilə Super-liqada mübarizə aparan komanda bundan əvvəl Ayşən Abduləzimova, Yekaterina Jidkova (hər ikisi Azərbaycan), Dusanka Kariç (Serbiya), Cenifer Dorisi transfer edib, Qvendolin Rukerlə (hər ikisi ABŞ) müqavilənin müddətini artırıb.