Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Beynəlxalq Hava idman növləri Federasiyasının (FAİ) Baş Məclisinin iclası keçirilib. Ekstremal idman klubunun rəhbəri Mustafa Muxtarov FAİ-nin Baş Məclisinin iclasında iştirak edib.
İclasda dünyada hava idman növlərinin inkişafı naminə üzvlərin təklifləri və fikirləri müzakirə olunub.
FAİ-nin bir sıra ölkələrdən olan nümayəndələri göstərdikləri xidmətlərə görə müxtəlif mükafatlara layiq görülüblər.