«Azerreyl» heyətini gücləndirir

«Azerreyl» heyətini gücləndirir


"Azərreyl” Azərbaycan millisinin daha 2 voleybolçusu ilə müqavilə imzalayıb. Yelena Parxomenko və Anastasiya Qurbanova 2013/2013-cü illər mövsümündə də "dəmiryolçular”ın uğurları üçün mübarizə aparacaq. Onların hər ikisi ilə müqavilənin müddəti 1 ilə qədər uzadılıb. Bununla, komandadakı voleybolçuların sayı 13-ə çatıb. Parxomenko və Qurbanovadan əvvəl klub rəhbərliyi Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kisilyova, Aleksandra Prupas, Ceyran Əliyeva, Ülkər Kərimova, Ayşən Abduləzimova, Yekaterina Jidkova (hamısı Azərbaycan), Dusanka Kariç (Serbiya), Cennifer Doris və Qvendolin Rukerlə (hər ikisi ABŞ) razılıq əldə olunub.