«Rabitəçilər» öz kapitanını seçdilər

«Rabitəçilər» öz kapitanını seçdilər


Azərbaycan çempionu "Rabitə”nin yeni kapitanı məlum olub. Bakı təmsilçisinə serbiyalı Sanya Staroviç kapitanlıq edəcək.
2008-ci ildən "Rabitə”nin şərəfini qoruyan voleybolçu mövsümlərarası fasilədə komandadan ayrılan Mira Qoluboviçi əvəzləyəcək. O, klubunun rəhbərliyi, məşqçilər korpusu və voleybolçuların rəyinə əsasən kapitan sarğısını daşımaq hüququna yiyələnib. O, kapitan seçilməsinə də öz münasibətini bildirib: "Rabitə”nin kapitanı olduğum üçün çox şadam. Ümid edirəm ki, uğurlu mövsüm keçirəcəyik. Neçə müddətdir ki, arzuladığımız nəticələri bu il qazanacağıq”.
Qeyd edək ki, 30 yaşlı Staroviç "Rabitə”nin 5 dəfə Azərbaycan və 1 dəfə klublararası dünya çempionatını qazanmasında böyük pay sahibi olub. O, paytaxt təmsilçisi ilə həmçinin Çempionlar Liqasının 2 dəfə gümüş medalını qazanıb.