“Rabitə” qələbə qazandı

“Rabitə” qələbə qazandı


Bakıda qadın komandaları arasında voleybol üzrə beynəlxalq turnir davam edir.
Azərbaycanın indiki çempionu "Rabitə" dünən Türkiyənin Bursa komadası ilə qarşılaşıb və 3:2 (21:25, 25:23, 17:25, 25:21, 15:10) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qalibin müəyyən edilməsi üçün komandalar 5 partiya oynamalı olublar.