Noyabrın 9-dan 12-dək Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi yarışda Bakı və bölgələrdən ümumilikdə 15 klubun 150-dək idmançısı mübarizə aparıb.
Dörd gün davam edən yarışlarda ilk dəfə təsnifat və final üzmələri tətbiq edilib. 50 m, 100 m, 200 m, 400 m, 1500 m sərbəst üsulla oğlanlar və qızlar, 50 m, 100 m və 200 m arxası üstə, 50 m, 100 m və 200 brass, 50 m, 100 m, 200 m batterflay üsulunda öz güclərini sınayıblar. Yarışın qalibləri diplom və medallarla təltif olunublar.