23 yaşınadək qadın voleybolçular arasında dünya çempionu müəyyənləşib. Meksikada keçirilən mundialın qızıl medalları Çin yığmasına qismət olub. Onlar finalda Dominikan Respublikasına 3:0 (25:21, 25:20, 26:24) hesabı ilə qalib gəliblər. Bürünc medalları isə ABŞ-ı 3:1 (25:16, 20:25, 25:11, 25:19) hesabı ilə məğlub edən Yaponiya komandası qazanıb.
Qeyd edək ki, gümüş mükafatçıların heyətində "Rabitə”nin liberosu Brenda Kastillo da olub. Azərbaycan çempionu həmçinin yekunda açıqlanan "Ulduzlar komanda”sında da yer alıb.