Oktyabrın 12-də Siyəzəndə alpinist Akif Rüstəmovun xatirəsinə həsr olunmuş qayayadırmanma üzrə açıq kubok yarışları keçirilib. Siyəzən rayonu ərazisindəki "Beşbarmaq” massivində keçirilən turnirdə müxtəlif yaş qrupları üzrə 72 idmançı qüvvəsini sınayıb. Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizlə yanaşı, yanaşı Rusiya, İran və İngiltərə idmançıları da mübarizə aparıb. Komanda hesabında və şəxsi göstəricilər üzrə qalib gələn idmançılar diplom və qiymətli hədiyyələrlə təltif olunublar.