Təmsilçimiz dünya çempionatında iki versiya üzrə medal qazandı

Təmsilçimiz dünya çempionatında iki versiya üzrə medal qazandı

Almaniyanın Paderborn şəhərində sudo idman növü üzrə 11-ci dünya çempionatı keçirilib. 500-dən çox idmançının iştirak etdiyi yarışda ölkəmizi 5-ci dan qara kəmər ustası Samir Səlimov təmsil edib. İdmançımız yarışda iki kateqoriyada gücünü sınayıb. Təmsilçimiz yarışda iki versiyada gücünü sınayıb. S.Səlimov semi-kontakda -65 kq çəki dərəcəsində idmançımız yalnız finalda məğlub olaraq dünya çempionatının gümüş medalına sahib olub. Açıq çəki dərəcəsində isə idmançımız bürünc medala sahib olub.

 

Azər Əlizadə