Komandalarımız yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar

Komandalarımız yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar


Yeni mövsümə hazırlaşan "Telekom” növbəti yoxlama matçını keçirib. Bakı təmsilçisi CEV kubokunda çıxış edəcək "Lokomotiv”lə üz-üzə gəlib. "Dəmiryolçular”ın meydanında keçirilən qarşılaşma”Telekom” komandasının qələbəsi ilə yekunlaşıb.
Düzdür, matça "Lokomotiv” fəal başlayıb. Belə ki, komanda ardıcıl olaraq iki hissədə qalib gəlib. Lakin onların bundan artığına gücü çatmayıb. "Telekom”un yeni baş məşqçisi Eldar Yusubovun taktiki gedişləri görüşün taleyini həll edib. Digər hissələrdə isə "rabitəçilər” qələbə qazandığından qalibi müəyyən etmək üçün komandalar tay-brekdə qüvvələrini sınayıblar. Burada rəqibindən üstün oyun nümayiş etdirən "Telekom” qələbəni bayram edib.
Qeyd edək ki, bundan əvvəl də bu klublar yoxlama matçı keçirmişdilər. İlk matçda da "Telekom” rəqibini məğlub etmişdi - 3:0.