"Mən komandada 2 aydır işləyirəm. Biz artıq bir neçə yoxlama matçı keçirmişik və nəticələrdən razıyam”. Bu sözləri "Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib. Braziliyalı mütəxəssis Çempionlar Liqasının startı ərəfəsində hədəflərini Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlayıb: "Əsas məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Amma başa düşürük ki, bizdən başqa bir neçə komanda da bunu arzulayır. Yarışın qrup mərhələsinə tam hazırıq. Çempionlar Liqasında yaxşı start götürməliyik”.