Orxan Abbasov: “Əsas məqsədimiz həndbolun ölkəmizdə kütləviliyinə nail olmaqdır”
Olimpizm xəbərləri
26.01.2023, 11:47
Bu yaxınlarda ölkəmiz kişi həndbolçular arasında 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə ev sahibliyi etdi. Uğurlu təşkilatçılıqla yadda qalan çempionat ölkəmizdə bu idman növünə olan marağı artırmaqla yanaşı, həndbolçularımız üçün də bir təcrübə oldu. Ötən ili uğurla başa vuran federasiya 2023-cü ildə də həndbolun respublikamızda təbliği və inkişafı üçün yeni tədbirlər həyata keçirməyi planlaşdırır. Bu və digər məsələlər barədə məlumat almaq üçün Azərbaycan Həndbol Federasiyasının 1-ci vitse-prezidenti Orxan Abbasovla görüşdük. Federasiya rəsmisi "Olimpiya dünyası” qəzetinə müsahibəsində AHF-nin gördüyü işlər və qarşıdakı planlar barədə suallarımızı cavablandırdı.
- Orxan müəllim, istərdik söhbətimizə ötən ilin yekunları ilə bağlı məlumatlarla başlayaq. Ötən il Azərbaycan Həndbol Federasiyası üçün hansı hadisələrlə yadda qaldı?
- 2022-ci il Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə bir sıra tədbirlər və yarışlar təşkil edildi. İlin əvvəlində regionlarda fəaliyyət göstərən həndbol məşqçiləri üçün seminar keçirdik. Həmin məşqçilər seminardan sonra sertifikatlarla təltif olundular. Bundan başqa ötən il pandemiyaya görə yaranan uzun fasilədən sonra yerli çempionatı bərpa etdik. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda qadınlar arasında "Azəryol”, kişilər arasında isə "Bakı” həndbol klubu birinci yeri tutdu. Çempionatdan sonra əsas diqqətimiz Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yönəldi. Həm qadınlar, həm də kişilərdən ibarət komandalarımız Konya-2021-də iştirak etdi. Qadınlardan ibarət yığmamız finalda Türkiyə həndbolçularına məğlub olaraq, gümüş medala sahib çıxdı. Kişilərdən ibarət yığmamız isə beşinci yeri tutdu. Avqust ayından sonra komandalarımız yenidən növbəti ölkə çempionatının hazırlığına başladı. Noyabr ayında 29-cu Azərbaycan çempionatını bərpa etdik. Hazırda çempionat uğurla davam edir. Bundan başqa pandemiyaya görə yaranan iki illik fasilədən sonra ötən il klublarımız Avropa kuboku yarışında iştirak etdi. Qadınlardan ibarət "Azəryol” komandası Avstriyanın, kişilərdən ibarət "Bakı” klubu isə Bosniya və Herseqovinanın həndbol klubu ilə qarşılaşdı. Pandemiya demək olar ki, nəticələrə öz təsirini göstərdi. Düzdür, komandalarımız bu oyunlarda məğlub olsalar da, özlərini əzmkar tərəfdən göstərə bildilər.
Bundan başqa qadınlardan ibarət millimiz Portuqaliyada dünya çempionatının seçmə oyununda iştirak etdi. İki oyunun nəticəsinə görə Portuqaliya millisi qalib gələrək növbəti mərhələyə yüksəldi.
Ötən il keçirilən tədbirlərdən danışarkən may ayında Göygöl Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında həndbol turnirini də qeyd edə bilərik. Bu yarışın təşkil olunmasında əsas məqsəd regionlarda həndbol idman növünün uşaq və yeniyetmələr arasında təbliğinə və inkişafına nail olmaq, həmçinin bölgələrdə yeni həndbolçuların yetişdirilməsindən ibarət olub.
Bundan başqa biz Bakı birinciliyini təşkil etdik. Həmçinin uzun fasilədən sonra "AHF Arena”da məşqlərimizi bərpa etdik. Hazırda komandalar bu arenada məşqlərini davam etdirirlər.
- Bu yaxınlarda paytaxtımızda kişi həndbolçular arasında 2026-cı il Avropa çempionatının ilkin təsnifat turniri təşkil olundu. Yarış kifayət qədər maraqlı və gərgin keçdi. Komandamızdan federasiya rəsmisi kimi hansı nəticəni gözləyirdiniz?
- Biz ötən il 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirini kişilər arasında paytxatımızda keçirməyi qərara aldıq. Bu barədə Avropa Həndbol Federasiyasına müraciət etdik. Onlar da yanvar ayında bu çempionatın ölkəmizdə keçirilməsinə razılıq verdilər. Çempionatda Azərbaycanla yanaşı, Kipr, Malta və Böyük Britaniya komandaları iştirak edirdi. Yarışın keçirilməsində əsas məqsəd həndbolun ölkəmizdə populyarlaşdırmaq, insanlar arasında bu idman növünə olan marağı artırmaq idi. Qrupda keçirdiyimiz hər üç oyun öz gərginliyi ilə seçildi. Nəticədə yığmamız qrupda bir oyunda qalib gəlib, iki oyunda məğlub olaraq üçüncü yeri tutdu. Komandamızın heyətinə bir neçə yeni oyunçu cəlb olunmuşdu. İnanıram ki, bu yarış həndbolçularımızın təcrübəsinin artmasına və komandamızın güclənməsinə öz töhfəsinə verəcək.

- Paytaxtımız bu il daha bir nüfuzlu yarışa ev sahibliyi edəcək. Bu mötəbər yarışa hazırlıq prosesi necə gedir?
- Bəli, bu il avqustun 5-13-də paytaxtımızda 17 yaşınadək qızlar arasında Avropa çempionatı keçiriləcək. Bu çempionatın keçirilməsi ilə bağlı razılıq ötən il Avropa Həndbol Federasiyası ilə keçirilmiş görüşlər nəticəsində əldə olunub. Bu yarışın ölkəmizə həvalə olunması bizə qarşı böyük etimadın nəticəsidir. Qeyd etdiyiniz kimi, yanvar ayında keçirilən kişilər arasında ilkin təsnifat turniri bizim üçün hazırlıqla bağlı böyük təcrübə oldu. Qitə çempionatının hazırlıq prosesinə artıq başlanılıb. Komandaya əvvəllər də ölkəmizdə çalışmış belaruslu mütəxəssis dəvət olunub. Hazırda bu komandanın "AHF Arena”da məşqləri keçirilir. Komandanın yarışa hazırlıq məqsədi ilə bağlı xarici ölkələrə təlim-məşq prosesi də nəzərdə tutulub. Qarşıdakı aylarda komandanın hazırlıq prosesləri ölkə xaricində davam etdiriləcək. Bu çempionatın da keçirilməsində əsas məqsədimiz həndbolun ölkəmizdə kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin bu idman növünə olan marağını artırmaqdır.
- Bu yarışda komandamızın qarşısında hansısa məqsədlər qoyulubmu?
- Qitə çempionatını Bakı İdman Sarayında keçirməyi planlaşdırırıq. Yarışda 10 ölkənin komandası iştirak edəcək. Onu da qeyd edim ki, bu komandalar həndbolun inkişaf etmiş ən güclü Avropa ölkələrinin təmsilçiləridir. Düzdür, bu yarışda komandanın qarşısında yer tutmaqla bağlı hər hansısa bir tapşırıq yoxdur. Əsas məqsəd həmin komandalarla mübarizə aparmaq, oyunçularımızın yarış təcrübəsinin artırılmasıdır.
- Hər bir idman növünün inkişafı ilk növbədə uşaq idmanından başlayır. Azərbaycan Həndbol Federasiyasında bu proses necə tənzimlənir?
- Bu il Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov tərəfindən qarşımıza iki əsas tapşırıq qoyulub. Bunlardan ən birincisi uşaq həndbolunun inkişaf etdirilməsi və regionlarda bu idman növünün təbliği, yeni idmançıların yetişdirilməsidir. Bununla bağlı federasiya ilkin işlərə başlayıb. Biz artıq planlaşdırırıq ki, həm Lənkəran, Astara, həm də Gəncə, Qazax, Ağstafa və digər regionlarda orta məktəblərdə olan uşaqlar arasında yarışlar təşkil edək. Bu yarışlar vasitəsilə yeni istedadlı uşaqları aşkar edib, onların hazırlıq prosesini həyata keçirəcəyik. Bunun üçün qeyd etdiyim kimi ilkin işlərə başlamışıq. Bu yarışlar keçirildikcə mətbuat vasitəsi ilə ictimaiyyətə məlumat veriləcək.
- Orxan müəllim, həndbol üzrə Olimpiya çempionlarımızın təcrübəsindən necə yararlanırsınız?
- Federasiya olaraq Olimpiya çempionlarımızın məsləhətlərindən hər zaman yararlanırıq. Lyudmila Şubina "Qarabağ” həndbol klubunun prezidentidir. Onlar yaxşı heyətə malikdir və çempionatda uğurla iştirak edirlər. Bundan başqa Lyudmila Şubina qadınlardan ibarət məşqçilər birliyinin sədridir. Onun təcrübəsindən və məsləhətlərindən daim istifadə etməyə çalışırıq. Digər Olimpiya çempionumuz Rəfiqə Şabanova isə Azərbaycan Həndbol Federasiyasının fəxri prezidentidir. Bütün yarışlar zamanı onun da dəyərli məsləhətlərindən və təkliflərindən yararlanırıq.
- Bir qədər də ölkə çempionatı barədə danışardınız. Çempionatın gedişatına baxsaq, əsasən hansı komandanın oyunu sizi yaxşı mənada təəccübləndirdi?
- Bildiyiniz kimi, həndbol üzrə 29-cu Azərbaycan çempionatına noyabr ayında start verildi. Çempionatda kişilərin mübarizəsində 7, qadınların yarışında isə 5 komanda iştirak edir. Kişilərin yarışında çıxış edən komandalardan beşinin tərkibi demək olar ki, eynidir. Bu da çempionatdakı gərginliyi bir qədər də artırır. Demək olar ki, bərabər səviyyəli və çox maraqlı bir çempionat izləyirik. Sona qədər bu yarışda gərgin mübarizənin gedəcəyinə inanırıq. Bu səbəbdən də hansı komandanın neçənci yeri tutacağı bəlli deyil. Qadınlardan ibarət çempionatda isə iki favorit var. Bu, "Azəryol” və "Qarabağ” həndbol klublarıdır. Çempionatın oyunları həftə sonları keçirilir. Deyərdim ki, burada da gərgin mübarizə davam edir. Biz həmçinin yeniyetmələrdən ibarət klub yaradaraq, qadınların çempionatda iştirakını təmin etmişik. Bu komandanı çempionata cəlb edərək, onların təcrübə qazanmasına nail olmaq istəyirik. Komandaların hər birinə uğurlar arzulayıram.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası