Fevralın 27-də gənclər və idman naziri Fərid Qayıbov Malayziyaya yollanacaq gənc badmintonçularla görüşüb. Gənc idmançılara uğurlar arzulayan nazir onların qazanacaqları təcrübənin ölkəmizdə badmintonun inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, yeniyetmələrdən ibarət badminton üzrə Azərbaycan milli komandasının üç idmançısı Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova martın 1-dən Petronans Malayziya Badminton Akademiyasında bir il müddətində fasiləsiz təlim-məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıracaq və orta təhsillərini həmin akademiyada davam etdirəcəklər.