Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına yekun vurulub. Sonuncu yarış günündə gənc qız şpaqaçılar və gənc oğlan sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib.
Xədicə Həsənli, Nazilə Rəhimova, Azərin İdriszadə və Aynur Quliyevadan ibarət şpaqa üzrə Azərbaycan millisi ilk görüşdə Finlandiya yığmasına 45:28 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə İsraili təmsil edən seçmə kollektivə 29:45 hesabı ilə uduzub.
Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət sablya üzrə komandamız ilk görüşdə Macarıstan yığmasına 31:45 hesabı ilə uduzub.