5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman həftəsi çərçivəsində Səbail rayon 239 saylı tam orta məktəbdə avarçəkmə üzrə ustad dərsləri təşkil olunub. Martın 2-də reallaşan görüşdə akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagirdlərə seminar keçib. Seminar zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının dəstəyi ilə keçirilən seminarın təşkilində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği olub.