“Prezident kuboku-2023” beynəlxalq reqatasının tarixi müəyyənləşdi

“Prezident kuboku-2023” beynəlxalq reqatasının tarixi müəyyənləşdi

Mayın 4-dən 7-dək ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə avarçəkmə üzrə “Prezident kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. Yarışlardan bir gün əvvəl - mayın 3-ü Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq.

Reqata mayın 4-də Qarabağın dilbər guşələrindən olan Suqovuşanda start götürəcək. Turnir mayın 5-6-da Mingəçevirdə davam edəcək.

Turnirdə Azərbaycan ilə yanaşı, 18 ölkədən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.

“Prezident Kuboku-2023” reqatasının mükafatlandırma mərasimi mayın 7-də Bakı bulvarında baş tutacaq.