Tokio Olimpiadasının iştirakçısı olan azərbaycanlı velosipedçi karyerasını başa vurdu

Tokio Olimpiadasının iştirakçısı olan azərbaycanlı velosipedçi karyerasını başa vurdu

Azərbaycanın tanınmış velosipedçisi Elçin Əsədov karyerasını başa vurub. 36 yaşlı idmançı bu barədə instaqram hesabında paylaşım edib. E.Əsədov ailəsinə, dostlarına, məşqçilərinə və ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "İdman insanları birləşdirir və şükürlər olsun ki, gözəl insanlar, ölkələr tanıdım. Yarış üçün darıxacağam. Amma velosiped sürməyi sevməyə davam edəcəyəm".

Qeyd edək ki, Elçin Əsədov bir sıra beynəlxalq yarışlarda, həmçinin, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib.