Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə qüvvələrini sınayıblar.
U-15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli, müvafiq olaraq, 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Gənclər, U-23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.
Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.