"Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" veloyürüşü keçiriləcək

"Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" veloyürüşü keçiriləcək

Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" veloyürüşü keçiriləcək.

Bu barədə Olimpnews.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 9-da, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək veloyürüş Zəfər Parkınadək davam edəcək.

Tədbirdə istənilən şəxs iştirak edə bilər.