"Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib

"Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Bakıda veloyürüş təşkil olunub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Avropa Mobillik Həftəsi" çərçivəsində keçirlən yürüş Şəhidlər Xiyabanından start götürərək velosiped zolağı boyunca davam edib və Hüseyn Cavid parkında yekunlaşıb.
Tədbirdə 40-a yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.
Veloyürüşün əsas məqsədi paytaxt sakinləri arasında ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedin istifadəsini təşviq etmək və ətraf mühitin mühafizəsinə diqqəti artırmaqdır. Yürüşün sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.