Millimiz dünya çempionatına məğlubiyyətlə başladı

Millimiz dünya çempionatına məğlubiyyətlə başladı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında start götürən dördüncü dünya çempionatında mübarizəyə başlayıb. "D" qrupunda yer alan yığmamız ilk turda ev sahibləri ilə qarşılaşıb.Görüş 30:19 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Azərbaycan seçməsi qrupda növbəti matçını Nigeriyayakomandasına qarşı keçirib.

Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.