Qılıncoynadanımız Antalyada çempion oldu

Qılıncoynadanımız Antalyada çempion oldu

Yeniyetmə və uşaq qılıncoynadanlarımız Antalyada keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Turnirdə mübarizə aparan idmançımız Səid Sultanlı 10 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qızıl medal qazanıb. Züleyxa Sultanlı 14 yaşadək sablyaçının şəxsi mübarizəsində beşinci yerə layiq görülüb.

Təmsilçilərimizdən Jasmin Vəliyeva isə 10 yaşadək sablyaçı qızların şəxsi yarışında əsas mərhələyə kimi yüksəlməyi bacarıb.