"Metro" "rabitədən" geri qaldı

"Metro" "rabitədən" geri qaldı

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 20-ci ildönümü münasibəti ilə keçirilən voleybol yarışına yekun vurulub. 6 komandanın qatıldığı turnirdə qalib adını "Aztelekom" komandası qazanıb. Metropolitenin yığması ikinci, Azərbaycan Texniki Universitetinin komandası isə üçüncü yerdə qərarlaşıb. Qalib və mükafatçılara fəxri fərmanlar və mükafatlar verilib.