Oktyabrın 27-də Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (ARSMEF) təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatının açılış mərasimi keçirilib.
Mərasimdə ARSMEF-in prezidenti Mirəli Kazımov, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış ediblər.
Yarışlarda 150-ə yaxın idmançı iştirak edir. Uzaq məsafələrə - kişilər üçün 4 km, qadınlar üçün 2,9 km məsafəyə qaçışların keçirilməsi nəzərdə tutulub.