Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər

Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər

Mayın 25-28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Komandamız tunirdə iki idmançı ilə Bəhmən Nəsiri və Ziya Məmmədzadə ilə təmsil olunacaq. Z.Məmmədzadə yüngül, B.Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcək. Hər iki idmançı 2000 metr məsafədə yarışacaq.