Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Petronans Malayziya Badminton Akademiyasında təlim-məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıran millimizin üzvləri Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb. Badmintonçularımızın akademiyada şəraiti, hazırlıq səviyyəsi ilə maraqlanan Taleh Ziyadov onların qazanacaqları təcrübənin ölkəmizdə badmintonun inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Taleh Ziyadov, eyni zamanda, Malayziya Badminton Federasiyasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə də görüşüb. Tərəflər qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.